Qarabağın rəqibi xal itkisi ilə üzləşdi
25 sentyabr 2016 21:00
Futbol üzrə Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.
Sözügedən klub doğma meydanda "Ksanti" ilə qarşılaşıb. PAOK bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, hesabından 3 xalı silinmiş "Qarabağ"ın rəqibi hazırda 4 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.