Kəpəz Qarabağ ilə oyunun hazırlığını tamamladı
25 sentyabr 2016 12:00
Topaz Premyer Liqasının 6-cı turunda Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” ötən gün Gəncəyə gedib. Azerisport.az xəbər verir ki, oteldə yerləşdikdən sonra bir müddət istirahət edən komanda daha sonra son məşqə çıxıb.
“Sarı-göylər”in oyun öncəsi son hazırlığı matçın keçiriləcəyi arenada olub. Məşq 45 dəqiqə davam edib.
Komandanın heyətində cəzalı olmasa da, zədəli futbolçu var. Tural Nərimanov Bakıda məşq zamanı zədəsini təzələdiyindən Gəncəyə gətirilməyib.