Qarabağın rəqibinin oyunu təxirə salındı
25 sentyabr 2016 01:00
Futbol üzrə Çexiya çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" isə bu tur meydana çıxmayıb.
Libereç təmsilçisi sentyabrın 24-də səfərdə "Karvina" ilə qarşılaşmalı idi. Lakin Ağdam klubunun rəqibi bu görüşün təxirə salınmasını xahiş edib və istəyi müsbət qarşılanıb. Buna səbəb isə "Slovan"ın heyətində bir neçə zədəli futbolçu ilə yanaşı, əsas heyətin əksər üzvlərinin xəstəlikdən əziyyət çəkməsidir. Hazırda həkimlər komanda üzvlərini Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı Yunanıstan PAOK-u ilə oyuna qədər sıraya qaytarmağa çalışırlar.
Qeyd edək ki, "Slovan" hazırda 5 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.