Ervin Sançes Kamran Ağayevin səhvindən danışdı
24 sentyabr 2016 11:00
Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Ervin Sançes azərbaycanlı qapıçı Kamran Ağayevin ötən gün "Portu" ilə səfər matçında son qol epizodu zamanı buraxdığı kobud səhvi şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz indi elə bir mərhələdəyik ki, belə səhvlər buraxmağımız mümkündür. Bu gün üç qol buraxdıq. Amma elə şeylər var ki, onları mən edə bilmərəm. Məsələn, mən meydana çıxıb, top dəf edə bilmərəm. İstənilən halda qapıçımıza inanıram".