İnter AZAL-a səfərdə qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 6-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Liderlər qrupunda qərarlaşan "İnter" çempionatın aşkar autsatderi AZAL-ın qonağı olub. Dörd qolun vurulduğu paytaxt derbisində qələbəni "bankirlər" bayram ediblər.
Topaz Premyer Liqası
6-cı tur
24 sentyabr (şənbə)
AZAL - “İnter” - 1:3 (0:1)
Qollar: N.Hacıyev, 45+1-pen. (0:1). N.Kvirtiya, 54 (1:1). R.Əliyev, 63 (1:2). A.Ramazanov, 64 (1:3).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov.
“AZAL Arena”.
AZAL: 1. Rəşad Əzizli, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 11.Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 24. Emin Cəfərquliyev (k), 77. Adan Koronado.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 21. David Canelidze, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Tərlan Əhmədov.
“İnter”: 1. Səlahət Ağayev (k), 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 4. Slavik Alxasov, 15. Ruslan Abışov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev, 55. Ağabala Ramazanov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 2. Sərtan Taşqın, 19. Mirhüseyn Seyidov, 7. Mirsahib Abbasov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
Turun digər oyunları: 25 sentyabr (“Kəpəz” – “Qarabağ”, “Zirə” – “Qəbələ”). 27 sentyabr (“Neftçi” – “Sumqayıt”).