Qəbələ Dinamoya ilk oyunda uduzdu
“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində Moskva “Dinamo”su (Rusiya) ilə ilk matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qəbələdə keçirilən ilk oyunu türkiyəli hakimlər briqadası idarə edib.
Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Cavab matçının Moskvada keçiriləcəyini nəzərə alsaq, artıq indidən "Qəbələ"nin mübarizəni dayandıracağını söyləmək olar.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ, ilk oyun
21 sentyabr
“Qəbələ” – “Dinamo” (Moskva) - 0:2 (0:2)
Qollar: N.Kalugin, 42 (0:1). N.Obolski, 48 (0:2).
Hakimlər: Alper Ulusoy, İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə).
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan).
Qəbələ şəhər stadionu.
"Qəbələ": 36. Süleyman Süleymanov, 5. Elvin Dəmirov, 16. Ülvi İsgəndərov, 21. Roman Hüseynov, 23. Amin Seydiyev, 29. Hacıağa Hacıyev, 30. Bəhlul Mustafazadə (k), 55. Xəyal Amirli, 70. Fərid Nəbiyev, 71. Ravil Yusifli, 98. Rövlan Muradov.
Ehtiyat oyunçular: 12. Murad Popov, 24. Maqsud Ələkbərov, 25. Əzəmət Ələkbərli, 50. Sahil Zeynalov, 66. Nurlan Quliyev, 79. Əli Sadıqov, 96. Qədir Bayramlı.
Baş məşqçi: Hüseynqulu Quliyev.
"Dinamo": 16. İvan Zirikov, 2. Maksim Nenaxov, 4. Nikita Kalugin, 5. Roman Yevgeniyev, 6. Pavel Lelyuxin, 7. Mixail Moqulkin, 9. Nikolay Obolski, 11. Anton Terexov, 20. Vyaçeslav Qrulev, 24. Nikita Klimov, 34. Viktor Demainov.
Ehtiyat oyunçular: 1. Petr Kosarevski, 3. Semyon Matviyçuk, 8. Eduard Şolox, 10. Denis Sedix, 18. Artyom Qorbulin, 19. Kiril Burikin, 33. Roman Denisov.
Baş məşqçi: Sergey Çikişev.