Neftçinin yeni baş məşqçisi bilindi
14 sentyabr 2016 17:10
"Neftçi"nin yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubunu mövsümün sonuna kimi Elxan Abdullayev çalışdıracaq.
O, bu gün istefaya göndərilən Vəli Qasımovun boşaltdığı postu dolduracaq. Sözügedən mütəxəssis Azərbaycan yığmasında baş məşqçi Robert Prosineçkinin köməkçisidir. Ehtimal olunur ki, o, eyni zamanda millidəki işini də davam etdirəcək.