Araz Abdullayev Rumıniya klubuna keçir
31 avqust 2016 14:30
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Rumıniyada davam etdirməyə yaxındır. Azerisport.az xəbər verir ki, o, "Astra" klubundan təklif alıb.
Yarımmüdafiəçi Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə səfər oyunundan sonra Rumıniyaya yollanacaq. Futbolçumuz birbaşa müqavilə bağlamağa çağırılıb. Amma onunla neçə illik müqavilə imzalanacağı bilinmir.
O da məlum olub ki, "Neftçi" Arazın bu transferinə görə heç bir gəlir əldə etməyəcək. Amma Rumıniya klubu gələcəkdə millimizin üzvünü başqa bir kluba satsa, bakılılar həmin transferdən öz faizini götürə biləcəklər.