İnter legionerini itirdi
31 avqust 2016 15:00
"İnter"in rumıniyalı müdafiəçisi Adrian Skarlatake Premyer Liqanın 4-cü turunda komandasına kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna onun Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində yerli "Samtredia"ya qarşı yoxlama oyununda zədə alması səbəb olub.
İlkin ehtimala görə, Skarlatake 2-3 həftə məcburi istirahət etməlidir.
Qeyd edək ki, "İnter" növbəti matçını sentyabrın 11-də "Sumqayıt"a qarşı keçirəcək.