Abışov bir həftə sonra sıraya dönəcək
30 avqust 2016 20:00
"İnter"in müdafiəçisi Ruslan Abışovun Azərbaycan yığmasının düşərgəsindən ayrılmaq məcburiyyətində qaldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, zədədən əziyyət çəkən futbolçudan yeni xəbər var.
Belə ki, Abışov ətraflı həkim müayinəsindən keçdikdən sonra zədəsinin ciddi olmadığı üzə çıxıb. Onun bir həftə sonra məşqlərə başlayacağı bildirilir.