Cavid Qarayev: Qarabağ Dalğa Arenada oynamaq istəyir
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ı ilə ev oyununu bu stadionda keçirmək perspektivindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov stadionumuzu ziyarət etdi. Onunla Çexiya klubuna qarşı görüşün bu arenada keçirilməsinə dair müzakirələr apardıq. Amma mənə elə gəlir ki, "Qarabağ" bu oyunu "Dalğa Arena"da keçirməyi daha çox istəyir. Məsələ burasındadır ki, bizim stadionda qazon ideal vəziyyətdə deyil. Oktyabrda stadionumuzda yığma komandamızın seçmə mərhələ oyunu da olacaq. Həmin vaxta qədər qazonu ideal vəziyyətə gətirmək üçün təmir işlərinə start vermişik. Bu işlər 10 günə yekunlaşmalıdır. Bunu Qurbanova da söylədim. "Qarabağ" artıq mövcud problemlə əlaqədar UEFA-ya müraciət edib. Yekun qərar sabah qəbul edilməlidir".