AFFA İcraiyyə Komitəsi növbəti iclasını keçirdi
29 avqust 2016 20:30
Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, 19:00-da start götürən iclasda İK üzvlərindən Kazbek Tuayev, Rauf Əliyev və Firudin Qurbanov iştirak etməyib.
İclas başa çatandan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyiblər.
Qeyd edək ki, milli komandamız hazırda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı San Marino ilə oyuna hazırlaşır.