İsrafilov yeni klubunda debüt etdi
29 avqust 2016 10:00
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Malyorka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
Millimizin üzvü bu oyunda yeni komandasında debüt edib. Belə ki, o, hesab 1:1 olarkən, 79-cu dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Kadis" 2 turdan sonra 2 xalla 22 klub arasında 12-ci pillədə qərarlaşıb.