Qarabağın rəqibi qələbə qazandı
29 avqust 2016 01:00
Futbol üzrə İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Kyevo" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0. Görüşdəki yeganə qolu 29-cu dəqiqədə Karlos Sançes vurub.
Qeyd edək ki, "Fiorentina" 2 turdan sonra 3 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.