Paşayev Donetsk Şaxtyoruna qarşı oynadı
28 avqust 2016 23:30
Futbol üzrə Ukrayna çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 5 turdan sonra 5 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.