Şeydayev Bakıya gəldi
28 avqust 2016 15:30
Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeydayev Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, artıq Azərbaycan yığmasının düşərgəsinə qoşulub.
Qeyd edək ki, Şeydayev ilk dəfədir ki, millimizə dəvət alıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı oyunda iştirak etmək hüququ qazanıb.