Kamal Quliyev: Qarabağ və Qəbələ qrup mərhələsinə kimi yeni transferlər etməlidir
28 avqust 2016 12:00
Azərbaycanlı mütəxəssis Kamal Quliyev Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"la "Qəbələ"nin şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandamızı təbrik edirəm. "Qarabağ"la "Qəbələ"yə bizi həmişə sevindirməyi arzulayıram. Onların hər ikisi öz uğurları ilə minlərlə insanı sevindirdi. Amma hesab edirəm ki, qrup mərhələsi öncəsi klublarımız öz heyətlərini gücləndirməlidirlər. Eyni zamanda qrup mərhələsindəki oyunlara məsuliyyətlə, ciddi yanaşmaq lazımdır. Artıq qrup mərhələsini də uğurla başa vurmağın zamanı çatıb. Lakin etiraf etmək lazımdır ki, komandalarımız heç də asan qruplara düşməyiblər".