San Marino Azərbaycan ilə oyunda bu futbolçulara güvənəcək
Futbol üzrə San Marino yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Pyerancelo Mancaroli heyətə 25 futbolçunun adını daxil edib.
Həmin siyahını təqdim edirik:
Qapıçılar: Cakomo Muraççini, Elia Benedettini, Aldo Simonçini, Mattia Mancaroli;
Müdafiəçilər: Marko Berardi, Alessandro Della Valle, Davide Çezarini, Kristian Brolli, Davide Simonçini, Covanni Bonini, Mirko Palatsi, Karlo Valentini, Fabio Vitayoli;
Yarımmüdafiəçilər: Petro Kalçolari, Lorenso Qasperoni, Luka Çeççaroli, Nikola Çiarutsi, Enriko Qolinuççi, Danilo Rinaldi, Luka Tosi;
Hücumçular: Matteo Vitayoli, Filippo Berardi, Xos Adolf Hirş, Mattia Stefanelli, Alessandro Byanki.
Qeyd edək ki, San Marino - Azərbaycan yığması sentyabrın 4-də keçiriləcək və saat 18:00-da start götürəcək.