Samir Məsimovsuz Domjale yenə uduzdu
27 avqust 2016 12:20
Futbol üzrə Sloveniya çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Qoritsa" ilə qarşılaşıb. Futbolçumuzun komandası ötən tur olduğu kimi, bu oyundan da məğlubiyyətlə ayrılıb - 1:3.
Samir ilk 6 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 7 turdan sonra 11 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.