Dino Ndlovu: İlk dəqiqələrdən də oynamağa hazıram
26 avqust 2016 14:30
"Qarabağ"ın hücumçusu Dino Ndlovu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı keçirdikləri cavab oyunundan (3:0, ilk oyun 0:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:
"Biz "Qöteborq"u keçməyə qadir olduğumuzu bilirdik. Yekunda buna nail olduq. Rəqibə heç bir şans vermədik. Şadam ki, Avroliqanın qrup mərhələsində oynamaq şansı qazandıq. Ümi edirəm ki, yaxşı komandalarla oynayacağıq. Qrupdakı nəticələrimiz isə daah çox rəqiblərdən asılı olacaq. Daha çox oynamağa hazırammı? Fiziki hazırlıq baxımından problemim yoxdur. Əks halda baş məşqçi belə vacib oyunda meydana buraxmazdı. İlk dəqiqələrdən də oynamağa hazıram".