Qurban Qurbanov: Riçard Almeydaya bizim verdiyimizdən artığını təklif edirdilər
26 avqust 2016 00:15
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəyan edib ki, braziliyalı yarımmüdafiəçi Riçard Almeydaya başqa klublardan sərfəli təkliflər olub. Azerisport.az xəbər verir ki, bunları söyləyib:
"Onunla bir dəfə maraqlanıblar. Ərəb klublarından idi. Bizim Riçarda verdiyimizdən daha çox pul təklif edirdilər. Amma o, komandamıza bağlıdır və heç bir yerə getməyə hazırlaşmır. Amma getmək istəsə də, buna qarşı çıxmarıq".