AFFA İnterlə Kəpəzi cəzalandırdı
23 avqust 2016 12:40
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqanın 3-cü turunun “İnter” – “Kəpəz” matçında “İnter”in 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 3-cü turunun “İnter” – “Kəpəz” matçının 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Şəfi Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.