Səməd Qurbanov: Neftçi futbolçuları belə oyuna görə cəzalanmalıdı
23 avqust 2016 00:10
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Premyer Liqanın 3-cü turunda "Qarabağ"a qarşı oyunda üzləşdikləri 0:3 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə oyuna görə futbolçuları cəzalandırmaq lazımdır. "Qarabağ" ikinci heyəti ilə necə futbol oynamaq lazım olduğunu göstərdi. Baxmayaraq ki, Ağdam klubunda ikinci heyət anlayışı yoxdur. Onlar istənilən heyətlə eyni futbol sərgiləməyi bacarırlar. Bizim oyunumuz isə hələ alınmır. Kollektiv futbol yoxdur. Taktiki planda da komanda axsayır. Belə təəssürat yaranır ki, futbolçular meydanda boşuna qaçırlar".