Baş katib Məşqçilər Komitəsi ilə görüşdü
22 avqust 2016 16:30
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri və texniki direktor Bernard Lippert ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə əsasən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışı barədə ətraflı müzakirə aparılıb, komandanın qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərməsi üçün müvafiq təklif və tövsiyələr səsləndirilib.