Qarabağın oyununa biletlər sabah satışa çıxır
29 iyul 2016 19:30
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçı çərçivəsində avqustun 2-də "Qarabağ" son Çexiya çempionu "Viktoriya"nı qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanın biletləri iyulun 30-da - sabahdan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-18 nömrəli sektorlar - 5 AZN
VİP - 30 AZN
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya " matçı avqustun 2-də keçiriləcək və saat 20:30-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasında ilk oyun 0:0 hesabı ilə başa çatmışdı.