Vurğun Hüseynov: Sumqayıt yeni mövsümə hazırdır
29 iyul 2016 17:00
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov komandasının yeni mövsümə hazır olduğunu bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyədə yaxşı təlim-məşq toplanışı keçdik. Çempionatın startına hazırıq. Komandamızın uğur qazanması üçün əlimizdən gələni edəcəyik. Yaxşı heyətimiz, yeni transferlərimiz var. Tədricən bir-birimizə alışırıq. İlk turda "Zirə" ilə oynayacağıq. Hansı ki, bu komanda ötən mövsüm ikinci olmuşdu. Bu komandanın gücü hər kəsə yaxşı bəllidir. Amma biz ilk turdan etibarən özümüzü göstərməyə çalışacağıq".