Fotoreportaj|Video|На русском

Futbol

Əfran İsmayılov: Hədəf ÇL-in qrupunda oynamaqdır, Avroliqada yox

29 iyul 2016 14:00

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- Çexiya çempionu "Viktoriya"ya qarşı qolsuz səfər heç-heçəsini necə dəyərləndirərdiniz?
- Səfər oyunu çətin alındı. Güclü rəqibə qarşı oynayırdıq. "Viktoriya" azlıqda qalsa da, öz oyun üslubunu sonadək davam etdirməyə çalışdı. Biz isə maksimum diqqətli oynamağa çalışırdıq. Çoxdan idi belə güclü rəqibə qarşı oynamırdıq. Düzünü desəm, şəxsən mən "Viktoriya" ilə oyundan həzz aldım.

- 0:0 sizin üçün nə dərəcədə uğrlu nəticə sayıla bilər?
- İndi bu barədə danışmaq çətindir. Hər şeyə Bakıda aydınlıq gələcək. Əsas odur ki, səfərdə qol buraxmadıq.

- Rəqib futbolçuların "Qarabağ"ın heç nə ilə yadda qalmadığını bildiriblər...
- Hər kəsin öz fikri var. Onların da dediklərinə hörmətlə yanaşıram və bu barədə nəsə əlavə etmək istəmirəm.

- "Qarabağ" cavab oyununda necə futbol sərgiləməyi düşünür: hücum, ya müdafiə futbolu?
- Bunu baş məşqçi daha yaxşı bilir. O necə desə, elə də oynayacağıq.

- Mərhələ adlamaq şansınızı necə dəyərləndirirsiniz?
- Şanslar hələ bərabərdir. Bakıdakı oyun daha maraqlı və çətin olacaq. Evdə də qol buraxmaq olmaz. Bunun üçün diqqətli oynamalıyıq. Xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmaq lazımdır. Ümid edirəm ki, mərhələ keçəcəyik.

- Mütəxəssislər "Qarabağ"ın bu mövsüm sərgilədiyi oyunun zəif olmasını çempionatımızın səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirirlər. Razısınız?
- Düzdür, son mövsüm əvvəlkilərə nisbətən zəif oldu. Amma biz yenə də öz futbolumuzu sərgiləməyə çalışırıq.

- "Qarabağ"ın hücum xətti dişsiz görünür. Sizə elə gəlmir ki, komandaya hücumçu lazımdır?
- Bu sual baş məşqçiyə ünvanlanmalıdır. Mən bu işlərə qarışa bilmərəm. Bircə onu bilirəm ki, indi yaxşı futbolçu tapmaq çətindir. Birinin qiyməti bahadır, digərinin müqaviləsi var, bəziləri də Azərbaycana gəlməkdə maraqlı deyil.

- "Qarabağ" "Viktoriya" səddini keçə bilməsə, ÇL-in qrupuna düşmək yolunda önəmli şansı əldən verəcək...
- Bakıdakı oyunda uğurlu nəticə üçün mübarizə aparacağıq. Amma "Viktoriya"nı keçə bilməsək də, avrokuboklarda yolumuza davam edəcəyik. Çünki uğursuzluq halında Avropa Liqasının pley-offunda mübarizə aparmaq məcburiyyətində qalacağıq. Buna baxmayaraq, hədəfimiz ÇL-in qrupunda oynamaqdır.

- Sizcə, azarkeşlər cavab oyununda komandanıza daha böyük dəstək göstərəcək?
- Azarkeşləri bizə dəstək olmağa çağırıram. Ümid edirəm ki, tribunaları dolduracaqlar və bizə azarkeşlik edəcəklər. Bizim onların dəstəyinə ehtiyacımız var. ÜMid edirəm ki, biz də onları sevindirə biləcəyik.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah