Rikardinyo: Lillə qalib gəlmək istəyirik
28 iyul 2016 17:35
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanı "Lill" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyuna tam hazırıq. Matçdan həzz almaq istəyirik. Çətin oyun olacağını bilirik. Çünki çox güclü rəqibə qarşı mübarizə aparacağıq. "Lill" kompakt oyun sərgiləyir. Güclü futbolçuları var. Onların hər biri təkbaşına matçın taleyini həll edə biləcək səviyyədədir. Amma biz oyuna hazırıq və qələbə qazanmaq istəyirik. Topu daha çox özümüzdə saxlamalıyıq, sürətli futbol oynamalıyıq. Bütün bunları bacarsaq, qələbə qazana bilərik. Komandada əla atmosfer var".