Elxan Abdullayev: Qəbələ Lill səddini keçəcək gücdədir
28 iyul 2016 16:30
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında baş tutacaq ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin əvvəlki mərhələlərdə sərgilədiyi oyun xoşuma gəlib. Xüsusilə də Macarıstan MTK-sına qarşı səfər oyunu. Onlar ötən mövsümlə müqayisədə artırıblar. Komandaya yaxşı legionerlər cəlb olunub. Onların komandaya faydası dəyir. Taktiki cəhətdən də daah səliqəli oynadıqları hiss olunur. "Lill" güclü rəqibdir. Amma "Qəbələ" bu komandanı keçəcək gücdədir".