Aylton Neftçiyə əvəz tapdı
25 iyul 2016 13:00
"Neftçi"nin sabiq müdafiəçisi Aylton Silva özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bundan sonra Portuqaliyada çıxış edəcək.
O, bu ölkənin "Eştoril-Praya" klubu ilə müqavilə imzalayıb. Portuqaliya təmsilçisi də "Neftçi" kimi, Ayltonu "Fluminense"dən icarəyə götürüb.