Sumqayıt Girəsunspora məğlub oldu
25 iyul 2016 21:00
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün qonşu ölkədə son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda PTT 1-ci liqa təmsilçisi "Girəsunspor"la qarşılaşıb.
Oyun sumqayıtlıların 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. "Sumqayıt"ın yeganə qoluna Mirabdulla Abbasov imza atıb.
Qeyd edək ki, "Girəsunspor" son olaraq PTT 1-ci liqada 7-ci pilləni tutub.
Yoxlama oyunu
25 iyul
"Sumqayıt" - "Girəsunspor" - 1:2