Qarabağ Vüqar Nadirovu da sifariş etdi
24 iyul 2016 15:00
"Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Çexiya "Viktoriya"sı ilə oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda 26 futbolçu yer alıb.
Baş məşqçi Qurban Qurbanov Lüksemburq "Düdelanj"ı ilə oyunlar üçün açıqladığı heyətlə müqayisədə yeni siyahıya daha bir futbolçunun adını salıb. Söhbət komandanı köhnə-yeni hücumçusu Vüqar Nadirovdan gedir.
Qeyd edək ki, "Qarabağ"la "Viktoriya" arasındakı ilk oyun iyulun 26-da Plzendə, cavab oyunu isə avqustun 2-də Bakıda baş tutacaq.