Emin Nurinin komandası liderlə bərabərə qaldı
24 iyul 2016 12:30
İsveç çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə lider "Malmö" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1. Start heyətdə meydana çıxan Emin 90 dəqiqə oynayıb.
"Kalmar" geridə qalan turlarda topladığı 18 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.