Şikov ən azı iki ay oynamaya bilər
24 iyul 2016 00:25
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı cavab oyununda zədələnərək sıradan çıxan "Neftçi"nin müdafiəçisi Vançe Şikovun durumu ağırdır. Azerisport.az xəbər verir ki, ayağı sınan futbolçunun gələn həftə həkimlər tərəfindən təkrar müayinə olunması gözlənilir.
Həkimlər onun əməliyyat olunmasına qərar versələr, futbolçu ən azı iki ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.