Qarabağ - Viktoriya matçının başlama saatı açıqlandı
23 iyul 2016 14:50
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Çexiya "Viktoriya"sı arasında baş tutacaq cavab matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, avqustun 2-də Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq oyun saat 20:30-da start götürəcək.
Qeyd edək ki, "Viktoriya" ilə "Qarabağ" arasındakı ilk oyun isə iyulun 26-da Plzendə keçiriləcək və 22:15-də başlayacaq.