Qəbələ - Lill matçının başlama saatı açıqlandı
23 iyul 2016 14:00
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında keçiriləcək cavab matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da start götürəcək.
Qeyd edək ki, ilk oyun iyulun 28-də Lilldə baş tutacaq və 21:00-da başlayacaq.