Rasim Ramaldanov: Ölkəmizi layiqli təmsil etmək istəyirəm
23 iyul 2016 13:00
Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kolxeti"dən mənə zəng etdilər. İndi orada "Simurq"un sabiq futbolçusu David Bolkvadze çıxış edir. Məni də onlara məhz o təklif edib. Mənimlə əlaqə saxladılar. Dərhal komandanın təlim-məşq toplanışında olduğu Türkiyəyə yollandım. Orada görüşdük. Əla kollektiv var. Məni də yaxşı qəbul etdilər. Hər şey xoşuma gəlir. Ölkəmizi layiqincə təmsil etmək istəyirəm".