Baltsan Neftçi ilə oyuna itki ilə çıxacaq
30 iyun 2016 16:40
Maltanın "Baltsan" klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün qarşılaşacağı "Neftçi" ilə ilk oyuna ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibinin heyətində yarımmüdafiəçi Rayan Feneç komandasına kömək edə bilməyəcək.
Buna səbəb onun zədədən əziyyət çəkməsidir. Feneçin Bakıdakı görüşü də buraxması gözlənilir.
Qeyd edək ki, "Baltsan"la "Neftçi" arasındakı ilk oyun bu gün Maltada, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.