Kərim Diniyev: Kəpəz bundan da yaxşı oynaya bilər
"Kəpəz"in yarımmüdafiəçisi Kərim Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Güclü komandaya qarşı oynadıq. Çoxlu qol epizodumuz olsa da, onlardan yararlana bilmədik. "Kəpəz" bundan da yaxşı oynaya bilər. Özü də istənilən rəqibə qarşı. Səkkiz gün sonra da daha yaxşı oynayacağımıza ümidliyik. Moldovadan qələbə ilə dönmək istəyirik.
"Daçiya"nın prezidenti ilə oyunun gedişində yaranan xoşagəlməz epizoda gəlincə, mən topu Adlan Şişxanova vurmaq istəmirdim. Sadəcə, topu meydandan uzaqlaşdırmaq istərkən ona dəydi. Yəni tamamilə təsadüfi alındı. "Daçiya"nın prezidenti də bundan əsəbləşdi, mənə hədə qorxu gəldi ki, Moldovaya gəlmə. Mən də dedim ki, problem yoxdu, gələcəyəm. Amma topu qəsdən vurmadığımı da bildirdim. Ondan sonra ara sakitləşdi, hər şey normaldır".