İnter Abışovla müqavilə bağladı
29 iyun 2016 13:30
"İnter" heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovla müqavilə imzalayıb.
Tərəflər 1+1 şərti ilə anlaşıb. Abışov paytaxt klubunda 15 nömrəli forma ilə oynayacaq.
Qeyd edək ki, Ruslan son mövsümü "Qəbələ"də keçirmişdi.