İstanbuldakı terror Daçiyanın Bakını tərk etməsinə mane oldu
29 iyun 2016 11:20
Moldovanın "Daçiya" klubu ötən gecə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə ilk oyunun ardından Kişinyova qayıtmalı olsa da, bunu edə bilməyib. Azerisport.az xəbər verir ki, buna Türkiyənin İstanbul şəhərindəki terror aktı səbəb olub.
Belə ki, "Daçiya" Bakıdan İstanbula, oradan da Moldovaya uçmalı idi. Lakin İstanbulun "Atatürk" hava limanında baş verən terror aktı nəticəsində bütün beynəlxalq uçuşlar kimi, Bakıdan da İstanbula uçan təyyarələrin gedişində məcburi fasilə yaranıb. Nəticədə, "Daçiya"nın planları pozulub.
Qeyd edək ki, ötən gecə azərbaycanlı hakimlər də səfərə yollanmalı idilər. Bir hakim briqadamız İstanbuldan Boqlarıstana, digəri isə Sloveniyaya getməli idi. Amma onların da səfəri gecikib.