Tadas Simaitis: Qələbəyə layiq idik
29 iyun 2016 00:40
"Kəpəz"in qapıçısı Tadas Simaitis Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"Yaxşı oynadıq və qələbəyə layiq idik. Təəssüf ki, qol vəziyyətlərindən yararlana bilmədik. Bunu bacarsaydıq, nəticə tamamilə fərqli olardı. Qolsuz heç-heçəni səfər matçı öncəsi bizim üçün pis nəticə saymaq olmaz. Səfərdə qol vura bilsək, hər şey əla olacaq. Ümid edirəm ki, belə də olar".