Daçiyadan təxribat - Kəpəz etiraz edir!
28 iyun 2016 11:00
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Kəpəz” PFK-nın rəqibi olan Moldovanın “Daçiya” klubunun rəsmi internet səhifəsində (http://www.fcdacia.md/ru/football/articles/27-06-2016/6226/) Mərdəkan adı ilə bağlı təhrifə yol verilib. Azerisport.az xəbər verir ki, qəsəbə erməniəsilli məkan adı kimi təqdim olunub.
Artıq Gəncə klubu buna öz etirazını bildirib. Belə ki, "Kəpəz" tərəfindən məsələ ilə bağlı qarşı tərəfə narazılıq məktubu göndərilib.
Qeyd edək ki, "Kəpəz"lə "Daçiya" ilk oyununu bu gün keçirəcək.