Qarabağın Avstriyadakı son rəqibi bilindi
25 iyun 2016 00:35
"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. Azerisport.az xəbər verir ki, Ağdam klubu Albaniyanın ən titullu komandalarından olan son çempion "Şkenderbeu" ilə qarşılaşacaq.
Bu görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.
Xatırladaq ki, "Qarabağ" ilk yoxlama oyununu bu gün yerli "Vakker İnsbruck"a, ikinci sınaq matçını isə iyunun 28-də dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.