Millimizin sabiq oyunçusu Azərbaycan yığmasının məşqçisi oldu
24 iyun 2016 13:45
Futzal üzrə milli komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior (Miltinyo) və məşqçi Biro Jadenin iştirakı ilə görüş keçirilib.
Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb. (AFFA)