Azərbaycan Makedoniyaya uduzdu
1 iyun 2016 14:30
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı komandamız Skopye toplanışı çərçivəsində yerli Makedoniya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, iyunun 3-də bu komandalar arasında daha bir görüş baş tutacaq.
Yoxlama oyunu
1 iyun
Azərbaycan - Makedoniya - 0:2