Qəbələ Pavel Paşayevlə yeni müqavilə imzalamadı
31 may 2016 16:20
"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, bölgə klubu müdafiəçi Pavel Paşayevi heyətdə saxlamaq istəməyib.
Azərbaycan yığmasının üzvü ilə müqavilənin müddəti başa çatıb. Tərəflər də yolları ayırmaqla bağlı qərara gəliblər.
Qeyd edək ki, "Qəbələ" Paşayevi qışda transfer etmişdi. Amma o, özünü göstərə bilməmişdi.
Sonda onu da bildirək ki, klub rəsmiləri Paşayevin özünə yeni iş yeri tapmayacağı halda "Qəbələ"də qalmasını da istisna etmirlər.