Mahir Mədətov: Bu hesabla uduzmalı deyildik
Azərbaycanın gənclərdən ibarət yığma komandasının (U-21) hücumçusu Mahir Mədətov Sloveniya yığmasna qarşı keçirdikləri ilk oyundan (1:4), eləcə də bu gün baş tutacaq növbəti görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci matçda Sloveniyaya uduzduq. Amma hesab oyuna görə olmadı. Üç epizodda qol vurmağa çox yaxın olsaq da, diqqətli oynamadıq. Belə böyük hesabla uduzmalı deyildik. Özü də biz 11 yox, 14 nəfərə qarşı oynayırdıq: hakimlər də bizi sıxırdılar.
Qarşıda cavab oyunu var. Artıq oyuna hazırıq. Revanş almaq istəyirik. Daha sonra Bosniya və Herseqovina ilə də qarşılaşacağıq. Onlar barəsində heç nə bilmirik. Amma İbrahim Şehiç gənclər yığmalarının çox güclü olduğunu deyib. Çətin olacaq. Onsuz da indi asan oyun olmur. AÇ-2017-nin seçmə mərhələsində qalan Finlandiya və Farer adaları ilə oyunlara gəlincə, 6 xal qazanacağımızı düşünürəm".