İsrafilovsuz Kordoba 3 xalı tək qolla qazandı
30 may 2016 12:40
Futbol üzrə İspaniyanın ikinci liqasında 41-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə "Malyorka" ilə qarşılaşıb. Qarşılaşma İsrafilovun komandasının qələbəsi ilə başa çatıb - 3:0. Zədəli olan Eddi ötən tur olduğu kimi, bu görüşdə də meydana buraxılmayıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 64 xalla 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.