Millimizin oyununda casuslar var
29 may 2016 20:30
Futbol üzrə Azərbaycan yığmasının Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı keçirdiyi yoxlama oyununu "casuslar" da izləyir. Azerisport.az xəbər verir ki, bunlar millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin nümayəndələridir.
Belə ki, Norveç, Çexiya və Şimali İrlaniya yığmalarının məşqçiləri Bad Erlaxda keçirilən qarşılaşmanı canlı izləyir.